Mingəçevirdə uşaqlar da diqqət mərkəzindədir

0
197

  

Uşaqlara diqqət və qayğı Ulu öndərimiz Heydər Əliyev tərəfindən həmişə yüksək səviyyədə həyata keçirilmiş və bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyev onu uğurla davam etdirir.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bu qayğı daha böyük önəm almışdır. Heydər Əliyev Fondunun   BMT-nin Uşaq Fondu ilə çox uğurlu əməkdaşlıq qurması bunun əyani sübutudur.
   Mingəçevir şəhərində uşaqlara, onların gələcək inkişafına böyük diqqət və qayğı göstərilir. Şəhərdə fəaliyyət göstərən İnternat məktəbində, Uşaq nevroloji sanatoriyası, bağça və ümumtəhsil orta məktəbləri şəhər rəhbərlərinin daim diqqət mərkəzindədir.
   Burada hər bir uşağın inkişafı, təhsili diqqətlə izlənilir, onlara hər cür dəstək verilir. Uzun illər bağçalarda istilik sisteminin olmaması uşaqların inkişafında neqativ hal kimi özünü biruzə verirdi. Məsələyə operativ yanaşan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qısa müddətdə bir sıra bağçalarda istilik sisteminin qurulmasına nail oldu. Bunun nəticəsidir ki, 4, 11, 14 saylı bağçalarda artıq istilik sistemi yenidən əsaslı şəkildə qurulmuş, 1, 2, 3, 21  saylı bağçaların bir neçə qruplarında təmir işləri aparılmışdır. Bütün bunlar şəhər rəhbərliyinin uşaqlara olan diqqət və qayğısının nəticəsidir.  

Ötən il Uşaqların Beynəlxalq Müdafiə günü Mingəçevir Dövlət Dram Teatrında yüksək səviyyədə qeyd olunmuşdur, bu il pandemiya ilə əlaqədar olaraq bu tədbiri keçirmək mümkün olmasa da, şəhər rəhbərliyi onlara ən xoş, səmimi arzularını bildirib. Bununla yanaşı, Mingəçevir şəhər 17 saylı “Fidan” körpələr evi-uşaq bağçası uşaqların iştirakı ilə videoçarx hazırlayaraq uşaqları 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik еdib.

Esmira Hidayətova, Mingəçevir