Mingəçevirdə ümummilli liderin anım mərasimi keçirilib

636

Mingəçevirdə şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə elmi-nəzəri konfrans keçirilib. Bir dəqiqəlik sükutdan sonra konfrans öz işinə başlayıb. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında çox böyük xidmətləri olduğunu diqqətə çatdırıb. Bildirib ki,S ovetlər dövründə respublikamızın rəhbərliyinə gəlişi ilə apardığı uğurlu siyasət sayəsində ölkəmiz geridə qalan aqrar respublikadan inkişaf edən aqrar-sənaye respublikasına çevrilib: “1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər qısa zaman kəsiyində Azərbaycanın hərtərəfli yüksəlişinin əsas istiqamətlərini müəyyən edib. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə ölkəmizdə vətəndaş müharibəsi təhlükəsinin tüğyan etdiyi, təcavüzkar Ermənistanın torpaqlarımıza qəsd etdiyi bir dövrə təsadüf edib. Hər iki halda Ulu Öndər böyük müdrikliklə xalqın birliyinə söykənərək ölkəmizi işıqlı yola çıxarmağa nail ola bildi”.

 

Konfransda YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, MDU rektoru Akif Hacıyev, Dövlət idarələri ictimai xidmət işçiləri həmkarlar ittifaqı komitəsi Mingəçevir şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva, Gənclər və idman idarəsinin sədri Kamal Nəcəfli çıxış edərək xilaskar, qurucu, əbədiyaşar lider haqqında fikirlərini bölüşüblər.

 

 

Qeyd edək ki, konransdan öncə şəhər ictimaiyyəti H. Əliyevin heykəli önünə tər çiçəklər düzüblər.

Esmira Hidayətova, Mingəçevir