Mingəçevirdə Ulu Öndərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

171

Bu gün   Ulu Öndərin xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq şəhər mərkəzindəki abidəsini ziyarət etmək üçün şəhərin hüquq mühafizə orqanları, İcra hakimiyyəti, YAP şəhər təşkilatı,ictimayyət nümayəndələri və RİİB gəncləri öndərin adını daşıyan mərkəzin qarşısındakı heykəli önünə tər çiçəklər qoyublar. Daha sonra mərkəzdə Ulu Öndərin 98-ci ildönümü ilə bağlı keçirilən onlayn tədbirlərdə qalib olmuş məktəbli şagirdlərin, idmançıların, MDU, Turizm Kollecinin tələbələrinin mükafatlandırma mərasimi keçirilib.Mükafat alanları başçı təbrik edib onlara fəxri fərmanlar və hədiyyələr təqdim edib.

Daha sonra şəhərin Nizami parkında ağacəkmə aksiyası keçirilib. Aksiyada çıxış edən icra başçısı İlham İsmayılov bildirib ki, Nizami parkının ərazisi genişləndirilərək burada Nizaminin büstü də qoyulacaq.  Qeyd edək ki, bu gün parkın ərazisinə 400-ə yaxın  ağac əkilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edənlər  ağacəkmə aksiyasında fəal iştirak ediblər.

Qeyd edək ki, Ümummilli Liderin əsasını qoyduğu ekoloji siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.

Esmira Hidayətova,Mingəçevir.