Mingəçevirdə Ulu Öndərə həsr olunmuş konfrans keçirilib

84

Mingəçevirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev-əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyət”  mövzusunda  video-konfrans keçirilib.

Əvvəlcə şəhər rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimayyət nümayəndələri  Heydər Əliyevin abidəsini ziyarət ediblər, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Ulu Öndərin adını daşıyan mərkəzdə təşkil olunan sərgiyə baxış keçirilib.

Konfransdan öncə Ümumilli Liderin həyat və fəaliyyətini əks etdirən film izlənilib. Konfransda icra başçısı İlham İsmayılov çıxış edərək Azərbaycan xalqının böyük oğlu, müstəqil dövlətçiliyimizin memarı, ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, ölkəmizin tərəqqisi və hərtərəfli inkişafı naminə göstərdiyi misilsiz və əvəzolunmaz xidmətlərdən, milli maraqlara əsaslanaraq tarixi proseslərə təsir edən müdrik siyasətindən söz açıb. Qeyd edib ki,  tarix yaradan dahi şəxsiyyətin siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsi və məntiqi nəticəsidir.

Konfransada YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu dövlətinə və xalqına xidmət göstərən hər bir şəxs üçün örnəkdir”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev –müstəqilliyimizi əbədi və dönməz edən  tarixi şəxsiyyət”, Mingəçevir Turizm Kollecinin müdiri Kamal Əhmədov “Ümummilli lider Heydər Əliyev milli vətənpərvər Azərbaycan gəncliyinin  formalaşdırılması siyasətinin yaradıcısıdır”, Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Cəbiyev “Bu gün əldə edilən zəfərlərimiz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət siyasətinin nəticəsidir” mövzularında məruzələr ediblər.

Esmira Hidayətova, Mingəçevir