Mingəçevirdə tarixi qələbənin 72-ci ildönümü qeyd olunub

583

Bu gün 9 may Qələbə Günüdür. Alman faşizmi üzərində qələbədən 72 il il ötür. Bu müharibə nəticəsində milyonlarla insan məhv olub. Azərbaycanlılar da bu müharibədə istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıq göstəriblər.

Bu qələbə günü hər il ölkəmizdə də qeyd olunur. Bu gün 9 may Qələbə Günü münasibəti ilə mingəçevirlilər də şəhərin Qələbə meydanına toplaşıblar.

Qeyd edək ki, bu gün Mingəçevirdə bu müharibə iştirakçılarından cəmi 6 nəfəri həyatdadır. Bu gün onlardan bəziləri də bu tədbirə qatılıblar. Mingəçevir İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquq mühafizə orqanları, şəhər ictimayyəti və mingəçevirlilər əvvəlcə bu ixtiyarlarla görüşüb onları təbrik ediblər. Daha sonar Qələbə meydanında ucaldılmış əzəmətli əsgər heykəlinin öününə gül dəstələri düzüblər.

Daha sonra isə əsgərlərin, məktəblilərin iştirakı ilə hərbi parad keçirilib.

Esmira Hidayətova, Mingəçevir