Mingəçevirdə “Təmiz hava” aylığı keçirilir

587

Bu gün Mingəçevirdə Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi  (DYP) bölməsi və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları ilə “Təmiz hava”aylığı keçiriblər. Reyd zamanı nəqliyyat vasitələrinin mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilib. Polis əməkdaşları tərəfindən mühərrikində normadan artıq dəm qazı olan avtomobilin sürücüsünə inzibati qaydada protokol yazılıb, istismarı qadağan olunacaq avtomobillərin sürücülərinə xəbərdarlıq edilib. Reyd zamanı havanı çirkləndirən, 50 manat cərimə tətbiq edilən avtomobillərin bəzi sahibləri belə bir aylığın keçirilməsindən xəbərsiz olduğunu bildiriblər.: “Benzinin qiyməti qalxıb, xəstəxanada xəstəm var, hardan alım 50 manatı, məlumat verərdiz ki, biz reyd keçiririk”.

 

 

 

Mingəçevir  polis şöbəsinin DYP bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov bu günkü reydlə bağlı  bildirib ki, bu ay boyunca tərəfimizdən təmiz hava aylığı keçiriləcək: “Ekologiya  və Təbii Sərvətlər şöbəsinin əməkdaşları ilə birgə keçirdiyimiz bugünkü reyydə mühərriklərində normadan artıq zərərli maddələr olan 30-35 avtomobil saxlanıldı. Həmin avtomobillərin sürücülərinə inzibati qaydada protokollar tərtib edilib 50 manat cərmələniblər. Qeyd edim ki, şəhərdə polis əməkdaşları tərəfindən mütamadi olaraq reydlər keçirilir, yol hərəkəti qaydalarını pozan məsuliyyətsiz sürücülərə xəbərdarlıq edilir, cərimələr yazılır. Onu da bildirim ki, nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarəti gücləndirmək üçün bu ayın 31-dək reydlər davam etdiriləcək”.

Esmira Hidayətova, Mingəçevir.