Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib

75

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyənləşdirilməsi məqsədilə reyd keçiriblər.

Reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 30-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Atmosferə normadan artıq dəm qazı buraxan 8 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.

Esmira Hidayətova, Mingəçevir