Mingəçevirdə təcrübə keçən 15-ci qrup könüllüyə sertifikatlar verildi

57

 

Mingəçevir şəhər  İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirib. Qeyd edək ki, 2019-cu ilin aprel ayından Mingəçevir şəhər İcra Hakimiyyətində könüllük fəaliyyətinə başlanılmışdır. Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqlarını göstərirlər.  Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətində təcrübə keçən könüllülərə sertifikat verilib. Qeyd edək ki, artıq 15-ci qrup könüllü yola salınıb. Qeyd edək ki, bu günə qədər 63 könüllüyə sertifikatlar verilib.

Könüllülər  gündəlik iş proseslərində aktiv şəkildə iştirak ediblər. Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər  İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Könüllülərlə görüşən  icra başçısı İlham İsmayılov qeyd edib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Başçı  respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayıb. İcra başçısı könüllülərə uğurlar arzulayıb, onlara gələcək fəaliyyətlərində daha bacarıqlı, aktiv olmalarını bildirib. Sonda könüllülərə sertifikatlar verilib, xatirə şəkili çəkdirilib.

Esmira Hidayətova, Mingəçevir