Mingəçevirdə “Sülh və birgəyaşayışın əsas şərtləri” müzakirə edilib

63

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Peşə Məktəbinin birgə təşkilatçılığı ilə “Sülh və birgəyaşayışın əsas şərtləri” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Peşə Məktəbinin direktoru Bahar Yusifova, ilahiyyatçı Müşfiq Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikası hər zaman sülhsevər siyasət yürüdür. Qeyd edilib ki, ölkəmiz beynəlxalq münasibətlərdə də sülhə böyük töhfələr verir. Bildirilib ki, Şərqlə Qərbin qovşağında yerləşən respublikamız dünyanın ən tolerant ölkələrindəndir.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova.