Mingəçevirdə sakinləri yenə problemlərdən gileyləndilər

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyar görüş keçirib. Bu dəfə görüş şəhərin N.Nərimanov küçəsi 4,6,8,10,12 saylı binalarında  yaradılan nümunəvi məhəllədə baş tutub.  Qeyd edək ki, bu ünvanda həyətlər abadlaşıb, küçələrə asfalt çəkilib, yaşıllıqlar salınıb, binaların fasadları, blokların içərisi tamamilə yenilənib. Binaların giriş hissəsinə qapılar qoyulub. Bu şəraitə görə sakinlər icra başçısından razılıq ediblər.

Şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da qeyd edib ki,  ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən hər bir səyyar görüş vətəndaşları narahat edən problem və çətinliklərin həlli istiqamətinə yönəlib: “Dövlət başçısının imzaladığı Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramları çərçivəsində ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də genişmiqyaslı quruculuq işləri reallaşır. Sakinlərin sosial-rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzindədir”.

Sakinlər – Famil Allahverdiyev, Tofiq Mustafayev, Sirac kişi, Cəmilə Həsənova, Firuz Məmmədov və digərləri illərdən bəri onları narahat edən problemlərdən də söz açıblar.

Bütün sadalanları dinləyən icra başçısı sakinlərə bildirib ki, burada qaldırılan bütün məsələlər nəzarətə götürülüb.

Esmira Hidayətova, Mingəçevir