Mingəçevirdə şahmat yarışı keçirilir

638

Mingəçevir Şahmat məktəbində ulu öndərin 95 illik yubleyi münasibəti ilə yeniyetmə gənc məktəbilər arasında şahmat turniri keçirilib. Tədbirdə  Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək bildirib ki, Mingəçevir İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq şəhərdə çoxsaylı  tədbirlər, o cümlədən  idma yarışları keçirilir. Artıq  futbol, güləş açıq şəhər birincilikləri başa çatıb: “Bu gün də şahmat üzrə məktəblilər arasında şahmat turniri keçirilir. Turnirin keçirilməsində əsas məqsəd ilk növbədə Ulu Öndərin xalqımız, dövlətimiz üçün etdiklərini bir daha yetişməkdə olan gənc nəslə çatdırmaq, eyni zamanda şahmatçılarımızın peşəkarlığını artırmadır. Bu gün  80- ə yaxın uşaq və yeniyetmələrdən ibarət şahmatçı bu tədbirdə iştirak edir”. İsveçrə sistemi üzrə keçirilən tədbirdə  günün axırında qaliblər müəyyənləşəcək və onlara müxtəlif hədiyyələr təqdim olunacaq.

 

Qeyd edək ki, tədbirdə İcra hakimiyyətinin nümayəndələri Tərlan Əliyeva, Səbinə Yusifova, Şahmat məktəbinin direktoru Dönməz Mərdanov iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir