Mingəçevirdə səyyar-görüşlər davam edir

0
323

Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun keçirdiyi səyyar qəbul-görüşlər əhalini narahat edən məsələlərin operativ həlli üçün əhəmiyyətli olduğundan sakinlər tərəfindən razılıqla qarşılanır. Növbəti belə səyyar qəbul-görüş  şəhərin M.Maqamayev, 20 yanvar küçələrinin sakinləri ilə keçirilib.

Səyyar qəbul-görüşü şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov   açaraq qeyd edib ki, Prezident İlham Əliyev bu ilin əvvəlindən ölkədə böyük sosial paketin icrasına başlandığını elan etmişdi: “Sosial paketin tərkib hissəsi olaraq minimum əmək haqqı, pensiyalar, əlillərə verilən təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Prezidentin Fərmanı ilə problemli kreditlər də həllini tapıb”.

Başçı Mingəçevir  şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlərdən də danışıb. Qeyd edib ki, bu görüşlər şəhər sakinlərini narahat edən problemləri öyrənmək və həlli etmək istiqamətində önəmli rol oynayır: ”Hazırda şəhərdə abadlıq-quruculuq işləri  davam etdirilir. İki böyük park salınır, məhəllələrdə abadlıq işləri aparılır. Artıq xalça fabrikinin tikintisi üçün sağ sahil ərazisində yer də ayrılıb”.
Daha sonra çıxış edən  şəhər sakinləri son vaxtlar Mingəçevir şəhərində  icra olunan layihələrdən razılıqlarını və buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını dilə gətiriblər. Onlar həmçinin şəhərin sosial-iqtisadi inkişafı və şəxsi problemləri ilə bağlı bir sıra məsələlərdən də söz açıblar.

Şəhid anası Nabat Əliyeva isə öz çıxışında ona göstərilən qayğıdan danışıb.
 Esmira Hidayətova, Mingəçevir