Mingəçevirdə şəhidlərin xatirəsi anılıb

0
147

Şəhidlərimizin əziz xatirəsi Mingəçevirdə də bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin hər yerində olduğu kimi, bu rayonda da avtomobillər və piyadalar hərəkətini dayandırıb. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Şəhidlər Xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyaraq, hörmət və ehtiramlarını bildiriblər.

Mingəçevir Cümə Məscidində Vətən müharibəsində canları və qanları ilə tarix yazanların ruhuna dualar oxunub, yaralı hərbçilərimizə Allahdan şəfa dilənib. Bildirilib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam etdirilir. Qeyd edək ki, dekabrın 3-də  ölkə başçısı “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediməsi öz əksini tapmışdı.

Allah Şəhidlərimizə rəhmət eləsin.

 

Esmira Hidayətova, Mingəçevir