Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Mingəçevirdə “Şəhid uşaqları üçün yay məktəbinin təşkili” adlı layihəyə start verilib. “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzinin və layihənin rəhbəri Mətanət Yusifova qeyd edib ki, layihənin əsas məqsədi Mingəçevirdə və əraf ərazilərdə yaşayan şəhid uşaqları üçün iki həftəlik yay məktəbi təşkil olunacaq. Bu müddətdə şəhid övladları üçün maraqlı məşğələlər, intellektual oyunlar, bacarıqların nümayişi və səyahət təşkil ediləcək.
Esmira Hidayətova, Mingəçevir.
Esmira Hidayətova, Mingəçevir