Mingəçevirdə reyd keçirilib

0
47

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları reyd keçiriblər. Keçirilən reydin əsas məqsədi  sərtləşdirilmiş karantin rejimi qaydalarına şəhər ərazisində riayət edilməsi  məqsədi daşıyıb. Keçirilən reyd zamanı SMS icazəsi olmadan yaşadıqları ünvanı tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən və yaxud ondan tələb olunan normalara uyğun şəkildə yararlanmayan şəxslər aşkarlanıb.

 

Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Mahir Məsimov keçirilən reyd barədə  saytımıza məlumat verərək bildirib ki, qaydalara əməl etməyən vətəndaşlar tərəfimizdən aşkarlanaraq barələrində qanuna müvafiq tədbirlər görülüb: ”Bundan əlavə, qeyd edim ki, şəhər ərazisində reyd zamanı  yaşı 65-dən yuxarı olan vətəndaşlarla  maarifləndirici söhbətlər aparılıb. Onlara ehtiyac olmadıqda yaşadıqları ünvanları tərk etməmələri tövsiyə olunub. Reydlərin keçirilmsi əsasən maarifləndirmə xarakteri daşıyır. Vətəndaşlara sərt karantin rejiminin tələbləri, tövsiyələri çatdırılır”.

 

Esmira Hidayətova, Mingəçevir