Mingəçevirdə reyd keçirilib

0
336

Baş Dövlət Yol Polis İdarəsi Mingəçevirdə təbliğat xarakterli reyd təşkil edib. Reyddə Yol Patrul Xidməti alayı, eləcə də Mingəçevir və Yevlax şəhərlərinin yol polisinin əməkdaşları iştirak edib. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, alkoqollu içki qəbul edib sükan arxasına keçən xeyli sayda sürücü müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Şöbəsinin dövlət avtomobil müfəttişi Mahir Nağıyev bu cür reydlərin xidməti fəaliyyət planına uyğun ölkənin bütün bölgələrində davam etdiriləcəyini buldirib.\

Esmira Hidayətova