Mingəçevirdə Respublika fənn olimpiadasının şəhər mərhələsi keçirilir

171

Mingəçevir şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı ilə Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə IX-X-XI sinif, həmçinin xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə Respublika fənn olimpiadasının şəhər mərhələsi keçirilir. 3 gün davam edəcək imtahanda 350-dən çox şagird zona mərhələsində iştirak etmək üçün öz bilik və bacarıqlarını göstərəcək.

Esmira Hidayətova, Mingəçevir