Mingəçevirdə Qurban bayramı qeyd edilib

0
559

İslam dünaysının müqəddəs bayramlarından sayılan Qurban bayramı Mingəçevirdə də qeyd edilib. Bu münasibətlə düzənlənən tədbirdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov çıxış edərək əvvəlcə tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra o, möhtərəm Prezidentimiz İlham Əliyevin milli-mənəvi dəyərlərimizə verdiyi qiymətdən danışmaqla yanaşı, belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü kimi də xarakterizə edib. İlham İsmayılov şəhər miqyasında icra başçısı Niyazi Bayramovun bu istiqamətdə gördüyü işlərdən də danışıb.
Daha sonra qurbaqnlıq heyvanlar kəsilib şəhid ailələri, Qarabağ müharibəsi, həmçinin Çernobıl əlillərinə, İkinci Dünya müharibəsi veteranlarına, qaçqınlara, bu ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 860-dan çox ailəyə qurban payları təqdim edilib.
Onu da qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə 40 gözdən əlil ailəsinə qurbanlıq paylayıb.
Esmira Hidayətova