Mingəçevirdə qeyri-adi bitki 

50

 

Mingəçevir sakini Damət Şəfizadə özü turizm sahəsi ilə məşğul olsa da, öz şəxsi təsərrüfatında maraqlı güllər, bitkilər yetişdirməyi bacarıb.Bu günlərdə onun təsərrüfatında olan Yapon sortu  balqabaq bitkisi nəzərimizi cəlb etdi.  Bu bitkinin qeyri-adiliyi onun digər balqabaqlardan balaca, yəni armud boyda olmasıdır. Özünün də dediyi kimi, bu bitkini görənlər ayaq saxlayıb onunla maraqlanırlar. Bu kiçik narıncı rəngdə olan  hündür  çardağa  sarılıb bar verən bitki  yerli balqabaqlardan fərqlənir. Damət Şəfizadənin təsərrüfatında digər maraqlı tikansız qızılgül koludur.

Esmira Hidayətova, Mingəçevir