Mingəçevirdə “Qarabağın tacı Şuşa” adlı tədbir keçirilib

161

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Şuşa ili əlaqədar geniş konsert proqramı təşkil olunmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 270 illinə həsr olunmuş adlı proqramda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Bərdə Reional Mədəniyyət İdarəsinin müdiri Vəsilə Möhsümova iştirak edirdilər. Geniş ictimaiyyət nümayəndələri və mətbuat işçilərinin iştirakı ilə mayın 20-də Heydər Əliyev Mərkəzində təşkil olunan konsert iştirakçılarda xoş əhval ruhiyyə yaratdı.

Proqrama uyğun olaraq Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin orkestri , Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin müəllimlərindən ibarət xor kollektivi, Şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət məktəbinin “İnci” xor kollektivi, Beynəlxalq və Respubika müsabiqəsinin qalibi şəhid Fəxrəddin Qasımov adına uşaq incəsənət mıəktəbinin “Banu” rəqs qrupu (kiçik və böyük yaş qrupları), Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Pərvanə Soltanova, Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimlərindən ibarət vokal qrupu çıxış etdilər. Müqənnilər Oktay Vəliyev, Zülfiyyə Hacıyeva, Xəqani Abdullayev və Xəyal İsmayılovun ifalarında Qarabağ Şikəstəsi təqdim olundu.

İştirakçılar Şuşa haqqında sərgiyə baxış keçirdilər, “Gen ” Production – Şuşa haqqında video çarxı nümayiş olundu. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək konsert proqramı haqqında xoş sözlərini dilə gətirdi və təşkilatçılara minnətdarlığını bildirdi.

Vəsilə Möhsümova saytımıza  bildirib ki, Bərdə Regional Mədəniyyət idarəsi tərəfindən Mingəçevir şəhər nümayəndəliyi tərəfindən keçirilən Şuşa ilinə həsr olunmuş bu tədbir gənclərimizin Qarabağ ruhunda köklənməsi baxımından vacib idi. Onun sözlərinə görə, bu cür tədbirlər digər regionlarda  da təşkil ediləcək:  “Gənclər arasında həm Şuşa, həm də ümumiyyətlə mədəniyyətmizin təbliğ olunması üçün tədbirlərimiz davamlı olacaq”.

Esmira Hidayətova, Mingəçevir