Mingəçevirdə polislər sakinlərə tibbi maskalar paylayırlar

0
220

Mingəçevir  Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasına qarşı mübarizənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Belə ki, onlar pandemiyadan əziyyət çəkən vətəndaşlara maddi yardımların verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə sıxlıq yaranmasına imkan verməməyə çalışırlar. Həmçinin onlar tərəfindən vətəndaşlara tibbi maskalar paylanılır və sosial məsafənin qorunması tövsüyyə edilir. Polis əməkdaşları maşurut avtobuslarında maska taxmadan əyləşən sərnişinlərə, piyada hərəkət edən sakinlərə də qoruyucu vasitələr təqdim edirlər. Üstəlik, onlarla marifləndirici söhbətlər də aparırlar.

Esmira Hidayətova, Mingəçevir