Mingəçevirdə “Payız Kuboku 2016” yekunlaşıb

653

Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin, Gənclər Evinin təşkilatçılığı və Mingəçevir şəhər R. Mirabov adına 7 nömrəli orta məktəbin ev sahibliyi ilə “Mingəçevir Gənclərin Regional Debat Forumu Payız Kuboku 2016” uğurla yekunlaşıb.
Mükafatlandırma və bağlanış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov, Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov ,Mingəçevir şəhər R. Mirabov adına 7 nömrəli orta məktəbin nümayəndəsi Səbuhi Məmmədov iştirak edərək bu və bu kimi debatların gənclərin inkişafında müstəsna rol oynadığını bildirdilər.
kb2Forumun finalında Mingəçevir Dövlət Universitetinin “Boz Qurdlar” və Mingəçevir Turizm Kollecinin “Winners” komandaları qarşılaşıblar. “İnkişaf etməkdə olan ölkələr üçün proteksionizm siyasətinin tətbiqi sahibkarlığın inkişafında özünü doğruldur” mövzusu ətrafında aparılan debatların sonunda “Boz Qurdlar” komandası forumun qalibi olub. Qaliblərə kubok təqdim olunub. Tədbirin bütün iştirakçılarına isə sertifikatlar verilib.
Qeyd edək ki, forumun qalibi dekabrın 3-4-də təşkil olunacaq “Respublika Gənclərin Debat Forumu: Payız Kuboku-2016 “da iştirak edəcək.
Esmira Hidayətova.