Mingəçevirdə Novruz şənliyi keçirilib

759

Mingəçevir şəhər İcra Hakimiyətinin xətti ilə şəhərin S. Vurğun meydanında Novruz şənliyi keçirilib. Bayram şənliyi zurnaçıların müşayiəti ilə Dədə Qrqudun, həmçinin Novruz personajlarının Bahar qızı, Kosa, Keçəlin gəlişi ilə başlayıb. Daha sonra şəhərin musiqi ansambılarının ifasında meydanda şən musiqilər səslənib. Tədbiri Mingəçevir Uşaq Yaradıcılıq Mərkəzinin milli geyimli qızları və oğlanları müxtəlif nömrəli şən rəqsləri ilə bəzəyiblər. Bayram şənliyində idmançılar, kəndirbazlar öz məharətlərini müxtəlif nömrələr ilə göstəriblər. Keçəl, Kosa öz ənənəsinə sadiq qalaraq yumurta döyüşdürüb, məzəli əhvalatları ilə xoş ovqatlar yaradıblar. Bayram tonqalını yandıran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov mingəçevirlilərə bayram təbriklərini çatdırıb, bütün dünyaya sülh, əmin-amanlıq arzulayıb.

 

 

Tədbir gür yanan tonqalın ətrafında milli geyimli qızların, oğlanların rəqsləri ilə tədbir davam etdirilib.

Esmira Hidayətova, Mingəçevir