Mingəçevirdə nərd üzrə şəhər çempionatına yekun  vurulub

464

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq ahıllar arasında nərd üzrə şəhər çempionatı keçirilib. Üç gün davam edən çempionatda 64 həvəskar idmançı dörd yarımqrupda mübarizə aparıb. “Dostluq” parkında baş tutan çempionatda Səfər Şahmar oğlu Səfərov I, Mehman Hilal oğlu Qurbanov II, Çingiz Selman oğlu Bayramov III yeri qazanıb.

Qaliblər şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi “Nərd” mükafatları və diplomlarla təltib olunublar.

 

Yarışın keçirilməsində məqsəd şəhər sakinlərinin, yaşlı insanların asudə vaxtlarının səmərəli keçməsinin təşkil etməkdən ibarət idi.

Esmira Hidayətova, Mingəçevir.