Mingəçevirdə “Münəccim Səlimin nağılları” maraqla qarşılanıb

107

 

Mingəçevir Dövlət Dram Teatrında müəllifi Günel Məcidova, qurluşçu rejissoru Vüsal Mehrəliyevin olduğu “Münəccim Səlimin nağılları” adlı uşaq tamaşasının premyerası olub. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası səhnə əsərini daha baxımlı edib. Tamaşa balaca tamaşaçılar tərəfindən  maraqla qarşılanıb.

Qeyd edək ki,  Xalq artisti Ella Yaqubovanın usta oyunu tamaşaya xüsusi rəng qatıb.

Teatırın rejissoru Vüsal Mührəliyev bizimlə söhbətində  bildirib ki, bu mövsüm ərzində iki tamaşa hazırlayıb, bu teatra rejissor təyin oldunduğu  7 ay ərzində isə mingəçevirlilərə 4 tamaşa təqdim edib. Özünün dediyi, kimi Mingəçevir teatral şəhərdi və teatra tamaşaçılar çöx böyük həvəslə gəlirlər. Rejissor onu da bildirib ki, hal-hazırda 3 nağıl üzərində məşqlər gedir.

Esmira Hidayətova, Mingəçevir