Mingəçevirdə müəllimlər şagirdlərinin ailələrinə ərzaq yardımı ediblər

0
188

Pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar vətəndaşlara dəstək məqsədi ilə keçirilən yardım aksiyasına 16 №-li tam orta məktəbin direktoru Sevinc Həsənova,o cümlədən bu tədris ocağının pedaqoji kollektivi də qouşulub. Aksiya çərçivəsində direktor və müəllimlər 16 №-li məktəbdə təhsil alan tək valideyinli və aztəminatlı şagirdlərin ailələrinə, həmçinin məktəbin imkansız texniki işçilərinə gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları paylayıblar. Onlarla söhbət ediblər, hər hansı problemlərinin olub-olmaması ilə maraqlanıblar. Yardım edilən ailələr də öz növbəsində göstərdikləri diqqət və qayğıya görə əziyyəti keçən bütün şəxslərə  minnətdarlıqlarını ifadə ediblər.

16 №-li  tam orta məktəbin direktoru Sevinc Həsənova qeyd edib ki, hər birimiz cənab Prezident İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə  “Biz birlikdə güclüyük” çağırışına qoşulmalıyıq və imkanlarımız daxilində ehtiyacı olan insanlara yardım  göstərməliyik.

Direktor Sevinc Həsənova, həmçinin dünyada tüğyan edən koronavirusla əlaqədar xalqımızın sağlamlığının qorunması üçün  qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri addımların atılması, insanların sosial müdafiəsinin tam təmin olunması istiqamətində gördüyü işlərə və qəbul etdiyi mühüm qərarlara görə prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Sevinc Həsənova onu da vurğulayıb ki, hörmətli cənab Prezident, hər zaman xalqın yanında olub və həyata keçirdiyi sosial siyasət bu reallığı tam əks etdirir. Ölkəmizi müxtəlif təhdidlərdən qoruyan, onun davamlı və böyük uğurlar əldə etməsinə imkan yaradan mühüm səbəblərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Arzu edirəm ki, möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olsun.

Onu da qeyd edək ki, 16 №-li  tam orta məktəb aprelin 2-dən başlanan “Virtual məktəb” layihəsinə də qoşulub.

Esmira Hidayətova, Mingəçevir