Mingəçevirdə “MRT HOTEL”in təntənəli açılış mərasimi keçirilib

370

 

“MRT İNŞAAT” sahibkar müəssisəsi öz fəaliyyəti və həyata keçirdiyi xeyriyyə işlərində daima möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin sahibkarlara və sahibkarlığın inkişafına göstərdiyi dövlət qayğısına əməli işi ilə cavab verməyə çalışır. Məhz ölkə rəhbərinin tövsiyyə və tapşırıqlarını gündəlik işlərində rəhbər tutaraq şəbəkənin daha da genişləndirilməsi məqsədilə bir sıra yeni layihələr həyata keçirirlər. Bu gün MRT İnşaat Mingəçevir şəhərinə öz yeni töhvəsini bəxş edib. Belə ki, ”MRT Hotel”lə yanaşı, digər mağazasının da açılışı olub. Bu da o deməkdir ki, Mingəçevirdə yeni 50-ə yaxın  iş yerləri açılıb. Vüqar Qədimov  rəmzi lenti  kəsildikdən sonra xeyir-duasını  verib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tort kəsilib, hotelə baxış keçirilib.

Açılış mərasimində Mingəçevirdə turizmin inkişafında böyük rolu olan, idman,turizm və dövlət qulluğunun veteranı Bayram Mustafa öz xeyir -duasını verdikdən sonra çıxış edərək bildirib ki,  hamıya məlumdur ki, Mingəçevir turizm üçün çox əlverişli bir coğrafi məkanda yerləşir və prioritet sahənin inkişaf etdirilməsində böyük potensiala malikdir: ”Odur ki, doğma şəhərimizdə turizmin inkişafına öz töhfəsini  vermək məqsədi ilə öz xeyirxahlığı ilə tanınan iş adamı MRT İnşaatın rəhbəri Vuqar Qədimovun inşa etdirdiyi Xocalı küçəsində müasir tipli “MRT HOTEL”in tikintisi artıq başa çatdırılmış və lazımi avadanlıqlarla təchiz edilmişdir. Bu otelin açılışı da gələcəkdə turizmə xidmət edən bir işdir. Bu sahədə mən də əlimdən gələn köməyi edəcəyəm və arzum budur ki, bu gözəl işlərinizi gələcəkdə də davam etdirəsiz. Bu özü də Azərbaycanımıza xidmətin bir növüdür”.

Qeyd edək ki, MRT İnşaat MMC  ailəsində 100-ə yaxın işçi çalışır. Rəhbərlik daim öz xeyirxahlığı ilə seçilən sahibkarlardan biridir.

Esmira Hidayətova, Mingəçevir