Mingəçevirdə möhtəşəm tədbir

84

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirində iştirak edən komandaların mayın 5-də rəsmi paradı olub. Mingəçevirin mərkəzində təşkil olunan paradda Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan komandaları iştirak ediblər.

Nəfəs alətləri orkestrinin müşayiəti ilə tədbir iştirakçıları Heydır Əliyev meydanına gəliblər. Burada Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti, ”Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və digər rəsmi şəxslər parad iştirakçılarını qarşılayııblar. Azərbaycan Respublikasının Dövlət himni səsləndikrən sonra məktəblilər Azərbaycanın milli rəqslərini təqdim ediblər. Sonra Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirə şəkilləri çəkdirilib. Burada kanoe və baydarka yarışlarına dəvət olunmuş komandaların təqdimatı olub.

Məlumat verilib ki, reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək. Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

 

Esmira Hidayətova, Mingəçevir