Mingəçevirdə Milli Qurtuluş Günü ilə bağlı video-konfrans keçirilib

0
580

15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə video konfrans keçirib.

Öncə şəhər rəhbəri İlham İsmayılov və YAP şəhər təşkilatının sədri Cavanşir Yusifov Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra video konfransı açıq elan edən icra başçısı video konfrans iştirakçılarını salamlayıb. Bildirib ki, 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir: ”1993-cü ilin iyun ayının əvvəlindən başlayaraq ölkəmizdə baş verənləri təhlil etməklə hər birimiz bu qənaətə gəlirik ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqı və dövlətçiliyi üçün həqiqətən də qurtuluş tarixidir. Mən bu əlamətdar gün münasibəti ilə sizi və sizin timsalınızda bütün mingəçevirliləri təbrik edirəm. Məlumdur ki, çətin günlərdə, həlledici məqamlarda öz xalqının üzləşdiyi çətinliklərdən xilas etmək yalnız böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Xalqın taleyində belə şəxsiyyətlərə ehtiyac olan anda həmin şəxsiyyətlərin həyata keçirdiyi missiya onu xalqın lideri, onun xilaskarı edir. 1993-cü ilin iyununda Azərbaycanda yaranan ictimai-siyasi şərait xalqı bu vəziyyətdən xilas etməyə qadir olan lider zərurəti yaratdı. Belə bir xilaskarlıq missiyasını öz üzərinə götürən, həyatını təhlükələrə qoyan ulu öndər  Heydər Əliyev xalqın təkidli tələbi ilə iyunun 9 –da Naxçıvandan Bakıya qayıtdı, iyunun 15-də Ali Sovetin sədri seçildi, bununla da daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı.

Hər birimiz ümummilli lider Heydır Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında əvəzsiz, nəhəng xidmətlərini , bu tarixi şəxsiyyətin rəhbərliyi ilə əsası qoyulan işlərin bu gün onun layiqli davamçısı , cənab Prezident İlham Əliyev tərəfindən dəqiqliklə davam etdirilməsini və bu siyasətin nəticəsində çox böyük uğurların əldə olunmasının şahidiyik. Tam əminik ki, bu uğurlar davamlı olacaq, biz müstəqil dövlətimizin yeni-yeni zəfərlərini və qələbələrini görəcəyik. Yaşasın Azərbaycanımızın daimi uğurlara aparan Heydər Əliyev İdeyaları! Yaşasın bu ideyaları daima uğurla reallaşdıran Azərbaycan Prezidenti cənab ilah  Əliyev”.

Daha sonra məruzəçilərə söz verilib. YAP Mingəçevir  şəhər təşkilatının sədri Cavanşir Yusifov ”Ümummilli lider Heydər Əliyev Milli Qurtuluşumuzun müəllifidir”, Esmira Cəfərova (MDU-Humanitar fənlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent) “Dahi  şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qaydışı tarixi zərurət idi”, Sahib Məmmədov (Mingəçevir şəhər Təhsil şəbəsinin müdiri, Pedoqoji elmlər üzrə fəlsəfə doktoru, dosent) ”Ulu öndər Heydər Əliyevin milli inkişaf startegiyası”, Təhmasib Hüsynov (”Azərbaycan İES”MMC-nin direktoru, YAP Mingəçevir şəhər təşkilatının sədr müavini, texniki elmlər namizədi) ”Azərbaycanın müasir uğurlar Ümummillilider Heydər Əliyevin siyasi xəttinin dəqiqliklə icrasının nəticəsidir” mövzularında məruzələri dinlənilib.

Esmira Hidayətova, Mingəçevir