Mingəçevirdə Milli Dirçəliş Günü qeyd olunub

171

 

 

17 noyabr Milli Dirçəliş Günü münasibəti ilə “Milli Dirçəlişimizdə ümummilli lider Heydər Əliyevin tarixi rolu” mövzusunda Mingəçevir şəhər İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı ilə birgə konfrans keçirib. Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının iclas zalında keçirilən toplantıya idarə, müəssisə və təşkilat rəhbərləri ilə yanaşı partiya fəalları, ictimaiyyət nümayəndələri dəvət olunmuşdular.

Konfransı açan Mingəçevir şəhər İcra Hakimiyyətin başçısı İlham İsmayılov müstəqilliyimizin əldə olunmasında, torpaqlarımızın azad edilməsində şəhidlik zirvəsinə ucalan insanların və eləcə də ulu öndər Heydər Əliyevin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Sonra icra başçısı 1988-ci il noyabrın 17-də baş verən hadisələr haqqında qısa məlumatla çıxış etdi. Bildirdi ki, həmin vaxt xalqın səbri tükəndiyindən etiraz mitinqləri keçirilirdi. Bu əsasən Ermənistanın Azərbaycana qarşı qərəzli fəaliyyətlərinə keçmiş ittifaq rəhbərlərinin birtərəfli mövqeyinə aid idi. Eyni zamanda xalq öz haqq səsini qaldıraraq suverenlik tələb edir, azadlığa qovuşmağa can atırdı. Bu dövrlərdə xalqına sədaqət və etibar bəsləyən ulu öndər Heydər Əliyev xalqın yanında idi. Onun dərdinə, sərinə şərik çıxdığını bəyan edirdi.

 

1988-ci il dekabrın 4-də etiraz mitinqləri başa çatdıqdan sonra da xalq öz tələbini durmadan irəli sürürdü. Azadlığa qovuşmaq mövqeyini, istəyini bildirirdi. Odur ki, 17 noyabr Milli Dirçəliş Günü xalqımızın tarixinə əbədi yazılan bir hadisədir.

Konfransda Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev “Heydər Əliyev Azərbaycanın Milli Dirçəlişinə təminat yaradan tarixi şəxsiyyətdir”, 7 nömrəli tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Anar İsmayılov “17 noyabr Azərbaycanın Milli Dirçəliş tarixi, dövlət müstəqilliyinin əldə edilməsində mühüm amildir”, Mingəçevir Dövlət Universitetinin humanitar fənlər kafedrasının müəllimi Vüsalə Mövlayeva “Ölkə Prezidenti İlham Əliyev müasir dövrdə milli inkişafımızın təminatçısıdır” mövzularında məruzələrlə çıxış etmişlər.

Esmira Hidayətova, Mingəçevir