Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

31

 

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, MİH İctimai şuranın üzvü Yeganə Nəbiyeva, Mingəçevir Valideynlər Assosiasiyasının sədri Fərman Nəbiyev, şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, psixoloq-pedaqoq Könül Məmmədova, kollecin müəllim və tələbə kollektivi iştirak edib.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunaraq qızların təhsil almasının vacibliyi qeyd edilib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova