İ.Qayıbov adına Mingəçevir 10 saylı tam orta məktəbin XI sinfi birtirən məzunlara yeni attestatlar verildi.
Attestatların təqdim edilməsi tədbirində məktəb rəhbərliyi, sinif rəhbərləri və şagirdlər də iştirak etdilər.
Məktəbin direktoru Xumarə Mikayılova məzunları tam orta təhsili bitirməkləri münasibəti ilə bir daha təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.

Qeyd edək ki,bu təhsil ocağından bu il 69 şagird məzun oldu, onlardan 4 nəfəri məlum səbəblərə görə attestat ala bilməyib. Attestat alan şagirdlərdən 4 nəfəri isə fərqlənmə attestatına layiq görülüb. IX siniflərdən isə iki şagird fərqlənmə attestatına layiq görülüb. Xumarə Mikayılova bildirirb ki,fərqlənən şagirdlərin hamsı imtahanda 3 fəndən 75-dən yuxarı bal toplayıblar.

Məktəbin məzunu orta məktəbi fərqlənmə attestaı ilə bitirən Ruslan Əliyev öz sevincini bizimlə bölüşüb. Bildirib ki, bu il imtahanlarda yüksək nəticə əldə etməyimə görə öz müəllimlərimə borcluyam. Qeyd edək ki, Ruslan riyaziyyat fənnindən maksimal bal – 100 bal toplayıb.

Esmira Hidayətova, Mingəçevir