Mingəçevirdə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib

0
318

Aprelin 9-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Mingəçevir şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.

Fonddan Abildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Bakı Dövlət Universitetinin (BDU) türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin önəmindən danışaraq bildirib ki, bu il çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən silsilə tədbirlər keçirilir.

Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov diqqətə çatdırıb ki, dəyərlər sisteminin formalaşmasında xalqın yaşadığı coğrafi məkan, dil, din, ədəbiyyat, incəsənət və s. xüsusi rol oynayır. Bununla yanaşı, R.Qurbanov bildirib ki, Azərbaycanda mədəniyyətlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında formalaşmasında əsrlərboyu çulğalaşmış qəbuletmə, hörmət, müxtəlif mədəniyyət nümunələrini qoruyub saxlamaq kimi ənənələr mühüm rol oynayır.

BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər Nəsimi yaradıcılığından geniş söhbət açıb. O qeyd edib ki, 650 illik fəlsəfənin bu günədək qorunub saxlanılması Azərbaycan xalqının yüksək inkişaf etmiş mədəniyyətinin təzahürüdür. Ramiz Əsgər bununla yanaşı, Nəsimi yaradıcılığının milli ruh və kimliyimizin formalaşmasında xüsusi yerinin olduğunu vurğulayıb.azərtac