Mingəçevirdə “Kürü keçək?! açıq suda üzmə” yarışı keçirilib

135

 

Oktyabrın 1-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə “Kürü keçək?! açıq suda üzmə” yarışı keçirilib.

Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub.

Yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək kütləvi idman yarışlarınln əhəmiyyətindən danışıb. Nazir dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə kütləvi idman yarışlarına diqqətin artırıldığını bildirib.

5 yaş qrupu üzrə, ümumilikdə 100-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər. Bu dəfəki yarışın ən gənc iştirakçısının 14, ən yaşlı üzgüçünün isə 53 yaşı olub.

Esmira Hidayətova, Mingəçevir