Mingəçevirdə koronavirusun molekuluna bənzər meyvə

0
124

Parkda əkilən dekorativ bitki maraqlı meyvəsi ilə Mingəçevir sakinlərini xeyli təccübləndirib. Belə ki, ağacın gətirdiyi bar  COVID- 19-un molekul fotosuna bənzəyir. Pandemiya dövründə təbiətin bəxş etdiyi bu reallığı mütəxsislərlə birgə araşdırmağa çalışdıq.

Qırmızı sulu meyvəsi olan dekorativ bitki təxminən 5 il öncə Mingəçevirin 20 yanavr küçəsində “Güllü bağ” deyilən ərazidəki parkda əkilib. Yerli sakinlər bildirirlər ki, həmin ağac bu il ilk dəfə olaraq koronavirusun molekul fotosuna bənzər meyvə verib. Bəzi mingəçevirlilər onu görüb təəccüblənsələr də, maraq göstərib fotosunu çəkənlər də az olmayıb. Şəhər sakinləri, həmçinin bildirdilər ki, ilk dəfə olaraq bu cür qeyri –adi bitki ilə rastlaşıblar. Ağacın qeyri-adiliyi onun meyvəsinin  qorxunc koronavirusun molekul fotosuna bənzəməsidir. Biz də bunun şahidi olduq: meyvə həqiqətən də koronavirusun embileminə bənzəyir.

Mingəçevir şəhər Yaşıllaşdırma Sanitar Təmizlik  İdarəsinin baş mütəxəssisi Bayram Tağıyev də son günlər bu bitkinin şəhərdə həm yerli sakinlər, həm də digər bölgələrdən gələnlər üçün maraq doğurduğunu qeyd etdi. O, həmçinin 5 illik ağacın ilk dəfə meyvə verdiyini və bunun da  pandemiya dövrünə təsadüf etdiyini qeyd etdi. Bildirdi ki, həmin biki 2005 ci ildə  ci ildə yaşıllıq məqsədi ilə əkilib: “Hazırda ilk dəfə olaraq meyvəciklər gətirib. Meyvəciklərin kənarından isə koronavirusun embileminə bənzər çıxıntılar əmələ gəlib. Bu da çox maraqlıdı”.

“Nur şəhəri”nin sakinlərinin marağına səbəb olan, əslində isə heç də koronavirus qədər təhlükəli olmayan bitkinin vətəni virusun ilk yayıldığı ölkə olan Çin və Yaponiya hesab edilir. Kağız ağacı adlanan bitki parklarda daha çox əkilir. Meyvəsi COVİD 19-un molekul fotosuna bənzəsə də yeyilmir. Bioloq Rafiq Qasımov kağız ağacının əslində yararlı bitki olduğunu, onun meyvəsindən və liftlərindən kağız və rəng alındığını bildirdi.

Bioloq Rafiq Qasımov deyir ki, meyvəsinin xüsusi özəlliyi ondan ibarətdir ki, meyvəsi öz quruluşuna koronavirusa bənzədiyinə görə, insanların diqqətini daha çox cəlb edir: ”Meyvəsi şirəli meyvədir, əsasən bu bəzək bitkisi kimi istifadə olunmasına baxmayaraq, onun cavan budaqlarınan boru şəkilli liftlərindən parça tikimi, parça,  kağız istesalında istifadə edilir. Elə məhz adı burdan götürülərək kağız ağacı adlandırlılır.

Hündürlüyü 12 metrə çatan, sıx çətirli ağac və ya kol bitkisi  may ayında çiçəkləyib sentyabrda meyvə verir.”

Esmira Hidayətova, Mingəçevir