Mingəçevirdə koronavirusla bağlı maarifləndirmə gücləndirilib

0
127

Koronavirusa yoluxuma halları artığından bölgələrədə insanlar arasında maarifləndirmə işləri daha ciddi şəkildə davam etdirilir. Bu iş mobil qruplar tərəfindən həyata keçirilir. Bununla yanaşı, Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq tətbiq edilən karantin rejimi şəraitində rayon və şəhərlərin ərazilərində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həm də dezinfeksiya işləri aparılır. Bu iş Mingəçevir şəhərinin küçə və parklarında, ictimai iaşə və ticarət obyektlərində  də mütəmadi təşkil olunur.

Bu barədə saytımıza məlumat verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Bəxtiyar Mustafayev bildirib ki, bununla həm özümüzü qoruyuruq, həm də ordumuza, həkimlərimizə kömək edirik: “Kütləvi toplanma məkanlarına, ictimai nəqliyyatdan istifadə edərkən mütləq maska taxılmalıdır, həmin məkanı tərk edəndən, avtobusdan düşəndən sonra imkan varsa, əllər yuyulmalıdır və ya dezinfeksiya olunmalıdır. Yeri gəlmişkən qeyd edim ki, şəhər icra hakimyyəti tərəfindən yaradılan mobil qruplar maarifləndirmə işi aparmaqla yanaşı, insanları pulsuz masklarla da təmin edirlər. Sakinlərimizin diqqətini çatdırırlar ki, maskadan günlərlə istifadə etmək düzgün deyil, mütləq yenisi ilə əvəzlənməlidir. Maskanı cibdə gəzdirmək, büküb əldə tutmaq, yaxud çənədə saxlamaq onun qoruyuculuğunu azaldır.”

Esmira Hidayətova, Mingəçevir