Mingəçevirdə imkansız ailələrə yardım paylanılıb

0
298

Mingəçevir şəhər İcra Hakimiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti  (AzQAÇ) ilə birgə Mingəçevirdə 35 imkansız ailəyə ərzaq və gigyenik dəstlərdən ibarət yardım bağlaması verilib. Hər il  olduğu kimi, bu ildə  AzQAÇ öz ənənəsinə sadiq olaraq xəstə, ailə vəziyyəti ağır durumda olan, nənə himayəsində yaşayan uşaqlara və digər kateqoriyadan olan imkansız ailələri sevindiriblər. Həmçinin onlara can sağlığı, süfrələrində ruzi, bərəkət arzulayıblar. Yardım alan ailələr şəhər İcra Hakimiyyətinə və AzQAÇ–ın nümayəndələrinə bu xeyirxah addıma görə öz təşəkkürlərini bildiriblər.

Esmira Hidayətova, Mingəçevir