Mingəçevirdə “İdman hamı üçün”aksiyası davam edir

51

 

Gənclər və İdman Nazirliyi iyun ayında “İdman hamı üçün “aksiyasına start verib. Məqsəd gənçələrin, yeniyetmələrin idmana marağını artırmaq, gəncləri sağlam həyat tərzinə alışdırmaqdır. Bu məqsədlə bütün idman komplekslərinin qarşısında hər bazar günü idman növləri üzrə yarışlar təşkil olunur. O cümlədən Mingəçevir Kür Olimpiya Tədris  İdman Mərkəzində gənclərin bu aksiyada iştirak etmələri üçün hər cür şərait yaradılıb.  Mingəçevirli yeniyetmə gənclər bu gün çox böyük həvəslə bu aksiyalara qoşulurlar.

Qeyd edək ki, bu aksiyada şəhərin bütün yaş qruplarından olan idmançılar iştirak edib.

Esmira Hidayətova, Mingəçevir