Mingəçevirdə hamı “Diqqət, uşaqlar” deyir

582

Sentyabr ayının 10-dan respublika ərazisində “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı adı altında reydlər keçirilib. Bu məqsədlə Mingəçevirin orta ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər aparılıb. Məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir. Həmçnin məktəblərdə şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır. Görüşlərdə yeniyetmələrə yol nişanları və piyada keçidləri haqqında da bilgilər verilib.

 

Mingəçevir şəhər Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov saytımıza məlumat verərək bildirib ki, məqsəd baş verə biləcək yol qəzalarında məktəblilərin ölüm və yaralanmalarının sayını sıfıra endirməkdir. Xətai Məmmədov onu da vurğuladı ki, müəllimlərlə də görüşlər olub, onlara dəsrlərdə yollarda təhlükəsziliklə bağlı söhbətlərin aparılması tövsüyə edilib. Bu cür tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

 

 

Reyd zamanı məktəblərin qarşısında yaranın avtomobil sıxlığı müşahidə olunub. Hətta bəzi valideyinlər uşaqları özləri bilə-bilə piyadalara ayrılan yol zolağından keçmirdilər. Onlardan bunun səbəbini soruşanda bildriblər ki, bəs tələsirik. Həmin valideyinlərlə də polislər maarifləndirici bilgilər veriblər.

Qeyd edək ki, “Diqqət, uşaqlar” təhlükəsizlik aylığı oktyabrın 10-da başa çatıb.

Esmira Hidayətova, Mingəçevir