Mingəçevirdə “Estafet” yarışı keçirilib

0
950

Mingəçevir şəhid   V. Ağakişiyev adına 12 saylı tam orta məktəbdə  Gənclər evi ilə birgə 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi  Gününə həsr olunmuş siniflərarası  “Estafet” yarışı keçirilib. Yarışda məktəbin 5-6-7 ci sinif şagirdləri iştirak ediblər.  Yarışda hər bir komanda yüksək bacarıq nümayiş etdirərək qələbə əldə etməyə çalışıb. Azərkeşlərin alqışları onlarda qalibiyyət uğrunda həyacanı daha da artırıb. 2 saat davam edən gərgin yarışın sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşiblər. Qalib komandalara fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarışı  məktəbin direktoru Sevda İsmayılova, Gənclər evinin əməkdaşı Rüfət Qazızadə və məktəbin idman müəllimi Namiq İbrahimli də izləyiblər.

Esmira Hidayətova, Mingəçevir