Mingəçevirdə elmi-nəzəri konfrans keçirilib

117

 

Mingəçevir Dövlət Universitetinin (MDU) akt zalında şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Əsası ümummilli lider tərəfindən qoyulan müasir Azərbaycan dövlətinin inkişafında İlham Əliyevin rolu” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, Azərbaycanda müasir-demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün onun layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir: ”18 illik fəaliyyəti dövründə Prezident İlham Əliyev iqtisadi sahəyə, hərbi sahəyə güclü təkan verərək Azərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi və beləliklə də iqtisadi müstəqilliyimizi təmin edərək ölkəmizi heç kimdən asılı olmayan ölkə etdi. Elə bu gücün məntiqi izahıdır ki, 44 günlük müharibə ərzində də, ondan sonra da Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi”.

 

 

Sonra Mingəçevir YAP şəhər təkilatının sədri Cavanşir Yusubov “Əsası ümummilli lider tərəfindən qoyulan müasir Azərbaycan dövlətinin inkişafında İlham Əliyevin rolu”, 17 saylı tam orta məktəbin direktoru, YAP Mingəçevir şəhər təşkilatının şura üzvü Ceyhun Atayev “İlham Əliyev-Qurucu rəhbər,xalqa bağlı qalib lider, müzəffər ali baş komandan”, MDU müəllimi, iqtisadi üzrə fəlsəfə doktoru, dosent, dekan “İlham Əliyevin Azərbaycanda hərtərəfli inkişafına yönələn yüksəliş strategiyasının əsasları”, Mingəçevir ŞHİ-də baş məsləhətçi , YAP Mingəçevir təşkilatının idarə heyətinin üzvü, GB sədri Bəxtiyar Mustafayev “İlham Əliyev və müstəqli Azərbaycan gəncliyi” mövzularında geniş məruzə ilə çıxış ediblər.

Esmira Hidayətova, Mingəçevir