Mingəçevirdə “E-manat” terminalları niyə işləmir?

0
620

Artıq xeyli vaxtdır ki, Mingəçevirdə “e-manat” nəğd ödəniş terminalları insanların xidmətinə verilib. Əhali buradan kommunal, mobil, internet və digər xidmətlərlə bağlı ödənişləri tez və rahat şəkildə həyata keçirə bilir. Lakin son günlər “e-manat”la kommunal xidmətləri ödəməkdə əhali çox əziyyət çəkir. Bu gün  kommunal xidmətlərin pulunu  ödəmək üçün marketlərdə quraşdırılan “e-manat” terminallarına üz tutanlar problemlə qarşılaşıb. Çünki bu “dəmir qutular”dan səs çıxmır. Bəzilrinin içi pulla dolu olduğundan pul götürmək istəmir. Bəziləri qəbz vermir. Bu gün işıqsız,susuz qalan insanlar bilmir ki,hara üz tutsunlar.  Şəhər əhalisi bayram əhval ruhiyyəsində yaşayır lakin işıqsız,susuz nə bayram? Terminalları quraşdıran aidiyyatı qurumlar öz işlərinə dəfələrlə məsuliyyətsiz yanaşırlar.

Esmira Hidayətova, Mingəçevir