Mingəçevirdə “Dünya Bizim evimizdir!” adlı onlayn musiqi festivalı keçirilib

147

 

Mingəçevir şəhər İcra Hakimiyyəti  və YAP Mingəçevir şəhər 

təşkilatının  1 iyun Uşaqların Beynəlxalq  Müdafiə Gününə

həsr etdiyi  “Dünya Bizim evimizdir!” adlı onlayn

musiqi festivalı keçirilib. Onlayn formatda keçirilən tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı   İlham İsmayılov qeyd edib ki, bilirsiniz ki, bu gün bütün dünyada «Uşaqların Beynəlxalq Müdafiə Günü» kimi qeyd edilir: ”Ölkəmizdə uşaqlara qayğı göstərilməsi, onların hüquqlarının qorunması həmişə diqqət mərkəzində olub. Ümummilli  lider Heydər Əliyev həmişə öz çıxışlarında  deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Bu gün də ümumilli ledirin davamçısı,  ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqəti böyükdür. Təsadüfi deyil ki, cənab Prezidentin Sərəncamı ilə  ölkəmizdə uşaq problemlərinin həlli ilə bağlı müxtəlif  Dövlət proqramları hazırlanmışdır. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və həmin Strategiyadan irəli gələn məsələlərin həlli üçün 2020-2025-ci illər üzrə Fəaliyyət Planının qəbul edilməsi bir daha göstərir ki, uşaqlar daim dövlət başçımızın diqqət mərkəzindədir.

Respublikamızda bu proqramlardan irəli gələn vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  rəhbərlik etdiyi  Heydər Əliyev Fondu, elecə də  bütün dövlət və qeyri-dövlət təşkilatları  çox uğurlu əməkdaşlıq qurur, bir sıra layihələri reallaşdırırlar”.

Başçı onu da vurğulayıb ki, Mingəçevir şəhərində də bu sahəyə daima diqqət yetirilir: ”Şəhərdə fəaliyyət göstərən İnternat məktəbində, Uşaq nevroloji sanatoriyasında olan uşaqlara qayğı şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən həmişə diqqətdə saxlanılır. Şəhərdə fəaliyyət göstərən 4 uşaq bağçası, 15 məktəb əsaslı təmir edilmiş və ya yenidən tikilmiş, 12 №-li tam orta məktəbdə isə əsaslı  təmir işləri aparılır. Şəhərdə aparılan abadlıq və quruculuq işləri nəticəsində uşaqların asudə vaxtlarının səmərəli keçirmələri üçün salınmış yeni  parklarda, məhəllələrdə əyləncə yerləri yaradılmış, onların istifadəsinə verilmişdir.

Uşaqlara diqqət və qayğı göstərilməsi bizim hamımızın mənəvi borcumuzdur. Çünki uşaq həyatın davamı, xoş gələcəyimiz, varlığımızın əbədi sevincidir. Harada uşaq varsa, orada səmimiyyət, gələcəyə ümid var. Biz uşaqlarımızı həmişə qorumalı, yaşatmalı və gələcəyə inamla aparmalıyıq”.

 

 Daha sonra  videoçarx nümayiş etdirilib.

 

 Uşaq-Gənclər  İnkişaf Mərkəzinin və körpələr evi-uşaq bağçalarının  uşaqlarının videoçarxda çıxışları nümayiş olunub.

 

Şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov görüşə yekun vuraraq dedi ki, bildiyiniz kimi  əvvəlki illərdə biz bu günü  böyük konsert proqramları,   müxtəlif müsabiqələr şəkilində qeyd edirdik*” Təəssüflər olsun ki, son iki ildə bayramın keçirilməsində  məlum səbəblərdən dəyişiklər olmuşdur. Buna baxmayaraq bu gün izlədiyimiz video çarxlardan da görünür ki, həyat davam edir, yenə istedadlı, bacarıqlı uşaqlarımız öz uğurları ilə bizləri sevindirir.  “Dünya bizim evimizdir” adlanan musiqi festivalında iştirakınıza görə sizlərə təşəkkür edirəm”.

Günün ikinci yarsında   festivalın keçirilməsində fərqləndiklərinə görə 10, 12 və 17 saylı körpələr evi-uşaq bağçalarının  və həmçinin Uşaq  Gənclər İnkişaf  Mərkəzinin kollektivləri şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Mərkəzində  diplomla təltif olunublar.

Esmira Hidayətova, Mingəçevir