Mingəçevirdə Dövlət Rəmzləri Muzeyi bu yaxınlarda istifadəyə veriləcək

0
375

Mingəçevir şəhərində abadlıq-quruculuq işləri uğurla davam edirilir. Belə ki, şəhərin küçə və məhəllələri,  park və xiyabanları əsaslı şəkildə qaydaya salınır, yollara asfalt döşənir. Bir sözlə, insanların rahatlığı üçün mümkün olan hər bir şərait yaradılır.

 M.Mirzəyev adına “Dostluq” parkında aparılan yenidənqurma  işləri də ürəkaçandır. Parkın ərazisi başdan-başa qaydaya salınmış, burada bir sıra mühüm quruculuq işləri görülmüşdür. Burada Dövlət Rəmzləri Muzeyinin, 200 nəfərlik örtülü səhnənin tikilib istifadəyə hazırlanması diqqəti cəlb edir. Bu da sakinlərin böyük razılığına səbəb olub.
   Xüsusilə Dövlət Rəmzləri Muzeyinin tikintisi mingəçevirlilər üçün böyük töhfədir. Artıq burada əsaslı və cari işlər başa çatdırılmışdır. Özündə dövlət atributlarını əks etdirəcək muzeyin fasadı və daxili ən müasir üslubda dizayn edilmiş, milli dəyərlərimizə uyğun formalaşdırılmışdır. Yaxın vaxtlarda istifadəyə veriləcək muzey mingəçevirlilər və şəhərimizin qonaqları üçün yeni bir baxımıl məkan olacaq.

Esmira Hidayətova, Mingəçevir