Mingəçevirdə  Dövlət Qulluqçularının peşə bayramı qeyd olunub

155

Mingəçevirdə  23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.

Karantin qaydalarının tələblərinə əməl etməklə şəhər İcra Hakimiyyətində   davam edən tədbirdə əvvəlcə Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. O bildirib ki,  iyunun 23-ü Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Dövlət Qulluğu günü” elan edilmişdir: ”Ölkəmizdə də, cənab Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən 23 iyun Dövlət Qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Bu bayram münasibətilə mən Sizləri, eləcə də Mingəçevir şəhərində dövlət qurumlarında işləyən bütün dövlət qulluqçularını ürəkdən təbrik edir, hamıya şərəfli xidməti işlərində uğurlar arzu edirəm. Məlumdur ki, dövlət qulluqçusu kimi fəaliyyət göstərmək həm böyük məsuliyyətdir, həm də şərəfdir.  İstərdim ki, hər bir dövlət qulluqçusu Azərbaycan dövlətinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirsin.

Bildiyiniz kimi, cənab Prezident İlham Əliyevin dövlət qulluğu sahəsində apardığı bir çox islahatların nəticəsi olaraq bir neçə dəfə dövlət qulluqçularının əmək haqqında artımlar müəyyən edilib. Bu yaxınlarda cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluqçularının əmək haqqı yenidən artırılıb. Hazırda dövlət qulluqçularının təhsil səviyyəsinin və elmlərinin artırılması istiqamətində geniş imkanlar yaradılıb. Bütün bunlar cənab Prezidentin dövlət qulluqçularına diqqət və qayğısının təzahürüdür. Bu daimi diqqət və qayğıya görə hamımızın adından cənab Prezidentimizə təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı naminə həyata keçirdiyi bütün işlərdə uğurlar arzulayıram”.

Daha sonra şəhər  rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qüdrəti ilə ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda dövlət qulluğunda çalışanlara 23 iyun – Dövlət Qulluqçularının Peşə bayramı munasibətilə DİİXİHİ Mingəçevir şəhər komitəsi tərəfindən  butun həmkarlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident iİlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncəma əsasən,  Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Qurbanov Xanlar Fazil oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Esmira Hidayətova, Mingəçevir