Mingəçevirdə Dövlət Bayrağı Günü qeyd edilib

587

Mingəçevir şəhərində Dövlət Bayrağı Günü münasibəti ilə ümumşəhər tədbiri təntənəli keçirilib. Bayraq meydanında təşkil onunan tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, hüquü-mühafizə orqanları, təhsil, səhiyyə, idarə müəssisə və şəhər sakinləri qatılıblar. İlk öncə Dövlət b2

Himninin sədaları altında uzunluğu 14, eni 7 metr olan üçrəngli bayraq meydana gətirilib. Bayram tədbirində şəhərin ümumtəhsil məktəblərinin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

b3

Uşaq Yaradıcılıq Mərkəzinin balaca fidanları rəngarəng musiqi və şeir nömrələri ilə çıxışlar ediblər. Mingəçevirdə fəaliyyət göstərən “Mingəçevir qrupu” və gənc müğınni Elşad Ehtiramoğlu Azərbaycanı tərənnüm edən mahnılarla çıxışlar ediblər. Tədbirdə çıxış edən natiqlər Bayraq Gününün siyasi və ideoloji mahiyyətindən danışıblar.
Esmira Hidayətova, Mingəçevir.