Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, yüksək humanizm prinsiplərinə sadiqliyini əks etdirən Novruz bayramının qədim adətlərindən biri də bayramlaşmaqdır. Bu gözəl adətə uyğun olaraq Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər üzrə nümayəndəliyinin əməkdaşları “Dost xonçası” kampaniyasına qoşulub.


Kampaniya çərçivəsində mədəniyyət evinin əməkdaşları şəhərdə şəhid ailələri və aztəminatlı ailələrə, eləcə də Ü.Hacıbəyli adına 11 illik musiqi məktəbinin müəllimi Sərdar Kərimovu evində “Dost xonçası” ilə qonaq olub, bayramlarını təbrik ediblər.
Esmira Hidayətova