Mingəçevirdə dezinfeksiya işləri davam etdirilir

85

 

Mingəçevir  şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.

Şəhər  ərazisində sanitar-epidemioloji durum Mingəçevir  İcra  İcra Hakimiyyəti başçısı yanında yaradılmış xüsusi Qərargah tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.

Qeyd edək ki, bu gün də infeksiyanın şəhər  ərazisində yayılmasının qarşının alınması məqsədilə növbəti dəfə  şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda,  dezinfeksiya işləri aparılıb .

Esmira Hidayətova, Mingəçevir