Mingəçevirdə də qurbanlar kəsildi

25

Mingəçevir  şəhər İcra Hakimiyyəti və şəhər Bələdiyyəsinin təşkilatçılığı  ilə şəhid ailələrinə və qazilərə qurbanlıq payı verilib. Bu münasibətlə qurbanlıq heyvanlar kəsilib. Həmin mərasimdə  əvvəlcə dualar oxunub və dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs  Qurban bayramı münasibətilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mingəçevirliləri  təbrik edib: “İlk dəfədir ki, işğaldan azad olunan torpaqlarımızda da qurbanlr kəsiləcək. Onu da deyim ki, hər il qurbanlarımızın həmin ərazilərdə kəsilməsini istəmişik. Cənab Prezidentimizin düzgün siyasəti nəticəsində bu dualar  həyata keçdi və həmin torpaqlarda da qurbanlar kəsilir. Allah bütün kəsilən qurbanları qəbul etsin. Azərbaycanımız bu gün inkişafdadır, hər tərəfli inkişaf edir, biz bunu hər bir  sahədə hiss edirik. Məmuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində xalqımızın və dövlətimizin əmin-amanlığı naminə etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə hər birinizə bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”

Esmira Hidayətova, Mingəçevir