Mingəçevirdə də “Müfəttiş” peyda oldu

539

Bu günlərdə Mingəçevir Dövlət Dram Teatırında məhşur rus yazıçısı və dramaturqu N.V.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib. Qeyd edək k, dövlət sifarişi ilə hazırlanmış ikihissəli tamaşanın qurluşçu rejissoru sənətşünaslıq və fəlsəfə doktoru, Mingəçevir Dövlət Dram Teatırın baş rejissoru Xəzər Gəncəlidir. Əsas rollarda Aydın Quliyev, Eyvaz Əliyev iştirak ediblər. İki saat 20 dəqiqə davam edən tamaşa ictimayyət tərəfindən maraqla qarşılanıb. Tamaşanın sonunda teatırın direktoru Səxavət Məmmədov, “Mingəçevir işıqları”qəzetinin baş redaktoru Fərman Nəbiyev, Mingəçevir şəhər icra nümayəndəliyinin əməkdaşı Rizvan Mikayıllı, tamaşaçılardan – Bayram Mustafa, Esmira Hidayətova və başqaları tamaşa haqqında öz rəylərini söyləyiblər.

m2

Tamaşanın quruluşçu rejissoru Xəzər Gəncəli tamaşadan sonra bizimlə söhbətində bildirib ki, 180 ildir ki, Qoqolun “Müfəttiş”i səhnələrdən düşmür, bu da həmin klassik əsərin bilavasitə günün reallıqları ilə ayaqlaşmasından irəli gəlir: “Onu da deyim ki, Qoqol Azərbaycan teatırı üçün həmişə arzuolunan dramaturq olub”.
O daha sonra hazırladığı “Müfəttiş”də bütün aktyor heyətinin iştirak etdiyini vurğuladı: “Onların hər birinin iştirakı məni qane etdi. Demək olar ki, onların hər biri yaddaqalan obrazlar yaratmağa cəhd etdilər. Yeri gəlmişkən, Əməkdar artist Ella Yaqubova bu tamaşada epizodik rolda çıxış etdi və bir aktyor kimi nələrə qadir olduğunu bir daha sübut etdi”.
Esmira Hidayətova, Mingəçevir.